İrəvandan Bakının sülh sənədi haqda açıqlama

“İrəvan heç vaxt sülh sazişi üzrə danışıqları dayandırmayıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib.

“Ermənistan daim Azərbaycanla sülh sazişi layihəsi üzərində işləyir. Sülh sazişinin imzalanması prosesinin ləngiməsinə gəlincə, Ermənistan öz yanaşmasını bildirib, Azərbaycan cavab verib. Biz göstərilən müddətdə müvafiq işlər apardıqdan sonra cavabımızı göndərəcəyik”, – E.Marukyan bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az