“Fransanın xarici işlər naziri Stefan Sejurnenin İrəvanda Rusiyanın ünvanına dedikləri axmaqlıq və qabiliyyətsizlikdir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Təəccüblü olan budur ki, müttəfiqlərimiz, dostlarımız, qardaşlarımız, tərəfdaşlarımız, qonşularımız – yəni Ermənistan ictimaiyyəti və rəhbərliyi buna reaksiya vermədi”, – Zaxarova bildirib.
O qeyd edib ki, bənzər hadisə Moskvada olsaydı, Rusiya öz tərəfdaşını müdafiə edərdi:
“Burada ən azı xatırladardılardı ki, tarix üçüncü subyektlərin belə alçaldıcı münasibətinə izin vermir. Mövcud vəziyyətdə nəyi şərh etməliyik? O, diplomatiyada tamamilə qabiliyyətsiz xadimdir. Növbəti dəfə tarix və ənənələri bilmədiyini göstərdi”.
Rusiya XİN rəsmisi Qərb ölkələrinin Qafqazda dağıdıcı gündəmdən başqa heç nəyə sahib olmadığını söyləyib:
“Onlara yalnız regionda toqquşması lazımdır. Qərb problemlərin həllinə kömək etmir, sadəcə toqquşdurmağı, təhqir etməyi və alçaltmağı bacarır”.
Qeyd edək ki, Stefan Sejurne Ermənistanda verdiyi açıqlamada Rusiyadan İrəvana təzyiqlərin olduğunu və Fransanın bunun qarşısını alacağını demişdi.
Əliyar Xəlil
Globalinfo.az