İrəvanın 1,5 milyonluq dəhşəti – Bakıdan gizlədirlər, lakin…

Ağdam rayonunun Sırxavənd kəndində mina partlayışı olub. Nəticədə ANAMA əməkdaşı xəsarət alıb, ayağı amputasiya edilib.

Müharibədən 4 il keçməsinə baxmayaraq, Ermənistanın mina terroru davam edir.

Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Ermənistan Qarabağ və Şərqi Zəngəzura 1,5 milyondan artıq mina basdırıb:

“Minalanmanın yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə tələ xarakterli həyata keçirilməsi prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi olduğunu göstərir. Üstəlik, Ermənistan tərəfindən minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, bir sıra Qərb dövlətlərinin və aidiyyəti beynəlxalq təsisatların prosesdə məqsədli hərəkətsizliyi cinayətlərin daha geniş miqyasda mütəşəkkil mahiyyət daşıması, Qərbin açıq formada terror və müharibə cinayətlərinə ortaqlığı deməkdir”.

Deputat deyib ki, postmüharibə dövründə artıq 400-ə yaxın vətəndaşımız mina terrorunun qurbanına çevrilib:

“İtkilər gündən-günə artmaqdadır. Ona görə də bu müharibə cinayətlərinin qarşısı alınmalı və ərazilərimizi minalayanlar, mina xəritələrini gizlədənlər, eləcə də bütün təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Hamı əmin ola bilər ki, mina terrorunda bu və ya digər formada rolu olan hər kəs cəzasını alacaq”.

Zaira Akifqızı
Globalinfo.az