“Biz sərt reallıqla üzləşdik. Ermənistanın müstəqilliyi və suverenliyinin qorunub saxlanılması üçün “artsax”dan qurtulmaq lazım idi”.
Globalinfo.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan deyib.
O, artıq gerçəkləri anladığını və hər şeyin məcburiyyətdən irəli gəldiyini bildirib:
“Anidən sərt reallıqla üz-üzə qaldıq. Ümumiyyətlə, “artsax” sanki Ermənistanın boynunda ilgək idi. Yəni ölkənin müstəqilliyi və suverenliyinin qorunması üçün ondan qurtulmaq zərurəti yaranmışdı”.
Qeyd edək ki, daha əvvəl Qarabağ məsələsində barışmaz mövqe sərgiləyən Samvel Şahramanyanın bu açıqlaması təəccüb doğurub. Buna baxmayaraq o, separatçı mesajlar verib və guya “məsələnin bağlanmadığını” deyib.
Əliyar Xəlil
Globalinfo.az