Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.
Globalinfo.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etmir.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ötən ilin avqustun sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-nin bütün orqanlarında iştirakını dondurduğunu açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az