İraqda milli matəm elan edildi

İraqda ABŞ hərbi hava qüvvələrinin hücumları nəticəsində həlak olanlar üçün milli matəm elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında bildirilib.

Qeyd edək ki, ABŞ-ın bombardmanı nəticəsində Ənbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhərində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.