Tramp 1

ABŞ Prezidenti Donald Tramp İranla bağlı danışıqlarda hərbi variantın da gündəmdə qaldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.

Tramp bildirib ki, İranla razılaşmanın əldə olunması üçün tələsmir və əsas məqsəd Vaşinqton üçün sərfəli sazişin imzalanmasıdır:

“Mən heç yerə tələsmirəm. Demək istərdim ki, tələsirəm, çünki razılaşma əldə olunsa, benzin qiymətləri düşəcək. Amma tələsdiyimiz halda yaxşı saziş bağlamaq mümkün olmayacaq”.

O vurğulayıb ki, Vaşinqton Tehranla uğurlu razılıq əldə edəcəyinə inanır, əks halda məsələ başqa üsullarla həll oluna bilər:

“Hesab edirəm ki, ya əla razılaşma əldə edəcəyik, ya da buna hərbi yolla son qoyacağıq. Ümumiyyətlə, proses yavaş getsə də, biz istədiyimiz nəticəyə doğru irəliləyirik. Əgər bunu ala bilməsək, onda məsələyə başqa metodla son qoyacağıq”.

Tramp sonda İranla bağlı hərbi ssenaridən daha çox diplomatik razılaşmaya üstünlük verdiyini də vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: