paris 12

“Bu gün regionda çox ciddi proseslər gedir. Bir tərəfdən Rusiyanın, digər tərəfdən isə ermənilərin “minillik qardaşı” İranın taleyi həll olunur.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Heydər Oğuz deyib.

O, bu proseslərin Ermənistanın da taleyinə ciddi təsir göstərəcəyi fikrindədir:

“Paşinyan isə məhz belə həlledici zamanda, xüsusilə də İran dini liderinin “Zəngəzur dəhlizi ermənilərin milli maraqlarına cavab vermir” xəbərdarlığına “düz deyirsiniz” mənasına gələn münasibət bildirdikdən sonra dərhal məzuniyyətə çıxıb, Fransaya qaçdı. Sözsüz ki, onun bu hərəkəti Ermənistanın “dünyanın kəsişməsi” layihəsinin İran tərəfindən bloklanması fonunda heç də yaxşı görünmür. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi həm də Qərb dünyasının layihəsidir.

Paşinyanın İran dini liderinin başqa dövlətin daxili məsələsinə müdaxiləsinə adekvat cavab verməməsi beynəlxalq siyasətdə ciddi qalmaqal yarada bilərdi. Belə anlaşılır ki, Paşinyan Ermənistanın taleyüklü məsələlərinin müzakirəsindən yayınmaq üçün məzuniyyətə çıxıb. Bu da azmış kimi, məzuniyyətdə özünün evdarlıq qabiliyyətini nümayiş etdirir. Elə bilirəm ki, Paşinyanın bu bivecliyi Ermənistanda ciddi müzakirə olunacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: