İranın qırmızı xətləri dəyişdi? – “Xamenei dedi, İrəvanla problem var”

“Ermənistan və İran hakimiyyəti arasında ciddi problemlər var”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Petrosyan deyib.

Politoloq ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanla İranın ruhani lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşünə diqqət çəkib:

“Ermənistan və İran münasibətlərində yaranan problemlər hər hansı üçüncü ölkədən qaynaqlanmır. Bu məsələ konkret İrəvan hakimiyyəti ilə bağlıdır. Ümumi ölkə və erməni xalqı ilə də əlaqəsi yoxdur. İranın Ermənistanla ritorikası dəyişib. Əvvəllər bəzi məsələlər müəyyən kontekstdə qeyd edilirdisə, indi açıq şəkildə qırmızı xətlər elan olunur”.

Qeyd edək ki, ötən gün Ayətullah Seyid Əli Xamenei Nikol Paşinyanla görüşündə Ermənistan və İran arasındakı münasibətlərə düşmən kimi yanaşanların olduğunu deyib. O bildirib ki, iki ölkə ilə bağlı məsələlər diqqətlə izlənilməlidir.

Ayşən Mustafa
Globalinfo.az