1768738837 1768109432 iran etiraz 42

“Kim düşmənin çağırışı ilə küçəyə çıxsa, o, etirazçı kimi deyil, düşmən kimi qiymətləndiriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu İranın polis rəisi Əhməd-Rza Radan dövlət televiziyasında deyib.

Onun sözlərinə görə, güc strukturları belə insanlarla “düşmən kimi” davranmağa hazırdır.

“Təhlükəsizlik qüvvələri sutka boyu küçələrdə xidmət aparır”, – deyə Əhməd-Rza Radan əlavə edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: