İranın neft emalı zavodunda partlayış: Ölənlər və yaralananlar var

İranın Sərəxs neft emalı zavodunda partlayış baş verib.

Globalinfo.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki  baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

İranın Xorasan-e-Rəzəvi əyaləti valisinin təhlükəsizlik üzrə müavini hadisə ilə bağlı açıqlama verib.

“Şəhid Haşeminejad adına Sərəxs neft emalı zavodunun təmirdə olan klapanlarından birində qaz sızması yüngül partlayışa səbəb olub, iki nəfər ölüb, beş nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri stabildir”, – deyə o bildirib.

Globalinfo.az