İrandan sensasion açıqlama: “Uran ehtiyatlarımızı köçürdük”

i 1 11

İranın zənginləşdirilmiş uran ehtiyatları başqa əraziyə köçürülüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rezayi məlumat verib.

O bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları təhlükəsizlik tədbirləri çərçivəsində artıq uzun müddətdir ki, başqa bir əraziyə köçürülüb.

Təfərrüatlar barədə məlumat verilməyib.

Aysel Əliyeva
Globalinfo.az