Zalujnı Ukraynanın Böyük Britaniyada səfiri təyin edildi

Ukrayna Prezidenti Vladimir Zelenski Valeri Zalujnını Böyük Britaniyada səfir təyin edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, 7 mart 2024-cü ildə Ukrayna Prezidenti Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb.

Qeyd edilib ki, Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə aqreman göndərib.

Globalinfo.az