İrandan ABŞ və Britaniyanın Yəmənə hücumuna reaksiya

“ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə hərbi hücumlarını kəskin şəkildə pisləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib.

“Biz bunu Yəmənin suverenliyi və ərazi bütövlüyünün, beynəlxalq qanunların, qaydaların və hüquqların açıq şəkildə pozulması hesab edirik”, – XİN sözçüsü bildirib.

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəməndə “Ənsar Allah” (husilər) üsyançı hərəkatının obyektlərinə zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az