beqayi 0

Tehran ABŞ-ın son təklifinə cavabını nəzərdən keçirir”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“14 bənddən ibarət olan İran qətnaməsinin ilkin mətninə əsasən, mesaj mübadiləsi bir neçə dəfə baş tutub.

Biz ABŞ tərəfinin fikirlərini aldıq və onları öyrənirik”, – deyə o bildirib.

Qeyd olunub ki, Vaşinqton və Tehran təklif olunan atəşkəs sənədinin mətni ilə bağlı Pakistan vasitəsilə mesaj mübadiləsi aparırlar.

Daha əvvəl “Tasnim” yazmışdı ki, Tehran mətni nəzərdən keçirir, lakin cavab hələ hazır deyil.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: