İrandakı terrorun arxasında hansı ölkə durur? – Tehran onları ittiham edəcək…

“İranın Kerman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimində partlayış nəticəsində onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Tehranın bu partlayışda İsraili ittiham edəcəyi ehtimalı az deyil:

“Bu partlayış İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ərəfəsində baş verdi. Tehranın bu partlayışda İsraili ittiham edəcəyi ehtimalı az deyil. Bu isə o deməkdir ki, İran ərazisində İsrail kəşfiyyatına bağlı olduğu iddia edilən şəxslərin çoxsaylı həbslərinə rəğmən, şəbəkə gücünü itirməyib. Türkiyənin özündə də İsrail kəşfiyyatına bağlı şəxslərin kütləvi həbsi həyata keçirilib. Qasım Süleymanini amerikalılar öldürdülər. Tehran intiqam vədi versə də, Amerikaya zərər verər bilmədi. Əsl zərər “Həmas” qruplaşmasının oktyabrın əvvəlində İsrailə hücumu ilə Tel-Əvivə dəydi. Təsadüfi deyil ki, hücumun arxasında Tehranın dayandığına dair mülahizələr səsləndi. Görünür, İran Süleymaninin mərasimindəki partlayışa da adekvat cavab verməyə çalışacaq, bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar”.