Etiraf etdilər: “İrandakı terroru biz törətmişik!” – YENİLƏNDİ

İranın Kirman şəhərində partlayıcı qurğular terrorçu-kamikadzelər tərəfindən işə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı üzə çıxan detallar terrorun kamikadze tərəfindən həyata keçirildiyini göstərir.

Terrorçular qəbiristanlığın girişindəki yoxlama məntəqəsindən asanlıqla keçə bilmədikləri üçün Qasım Süleymaninin məzarından 2 km məsafədə partlayışlar törədiblər.

***20:41

İŞİD terror təşkilatı İrandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

Globalinfo.az xəbər verir ki, terror təşkilatı teleqram kanalında hücumu həyata keçirdiklərini açıqlayıb.

Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.