İranda silsilə faciələrin qarşısı alındı – Kəşfiyyat

İranın kəşfiyyat xidmətləri Tehranda 30 partlayışın qarşısını alıb.

Globalinfo.az Oxu.az-a istinadla Bu barədə ölkənin Kəşfiyyat Nazirliyi məlumat yayıb.

“Xüsusi xidmətlər Tehranın sıx məskunlaşdırılmış ərazilərdə 30 terror partlayışı təşkil etmək istəyən şəxslərin hamısını aşkar edib, zərərsizləşdirib və həbs ediblər”, – nazirlikdən bildirilib.

Məlumata görə, kəşfiyyatçılar üç əyalətdə – Əlburz, Qərbi Azərbaycan və Tehranda 28 şübhəlini saxlayıblar. Onların hamısı “İraq Şam İslam Dövləti” terror qruplaşması ilə əlaqəlidir.

Həbslər zamanı cinayətkarların üzərində çoxlu sayda partlayıcı qurğu, o cümlədən saatlı bomba və kamikadze jiletləri aşkar edilib. Bundan başqa, terrorçuların əllərində 17 silah, döyüş sursatı və peyk rabitə vasitələri olub.

Antiterror əməliyyatlarından biri zamanı İslam Respublikasının iki kəşfiyyatçısı yaralanıb.