HƏMAS liderinin ölümündən sonra İranın paytaxtı Tehranda nümayişlər başlayıb.
Globalinfo.az xəbər verir ki, Tehran Universitetinin Şura üzvləri HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsini pisləyən qətnamə qəbul ediblər və bununla bağlı etiraz aksiyası keçiriblər.
Eyni zamanda İran vətəndaşları da Fələstinə dəstək üçün keçirilən kütləvi nümayişlərə qatılıblar.
Qeyd olunur ki, yürüş Tehranın mərkəzi küçələrində keçirilir. Uşaqdan-böyüyə qədər hər kəs Fələstin və Livanın Hizbullah qruplaşmasının bayraqlarını dalğalandıraraq aksiyada iştirak edir.
Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib. Onun qaldığı iqamətgaha hücum nəticəsində İsmayıl Haniyə həlak olub. HƏMAS Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb, hücumun cavabsız qalmayacağını bildirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az