6e5f75b6 5e1b 45ce 8aed 17021b2bc344

ABŞ lideri Donald Tramp Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı Qəzza sektorundakı müharibənin tənzimlənməsində Misirin son dərəcə mühüm rol oynadığını bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Tramp qeyd edib ki, hazırda bəzi ölən girovların cəsədlərinin axtarışı aparılır.

İran mövzusuna toxunan ABŞ Prezidenti deyib ki, Tehran danışmaq istədiyi zaman sanksiyaları aradan qaldırmağa hazırdı.

“Əgər biz İranın nüvə proqramına zərbə endirməsəydik, bu inanılmaz razılaşmanı əldə edə bilməzdik,” – deyə Tramp əlavə edib.

Tramp vurgulayıb ki, anladığı qədər ikinci faza artıq başlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: