İranda ABŞ-ın mümkün hücumlarından müdafiə məqsədilə “Özünü fəda edənlər” kampaniyası çərçivəsində mindən çox könüllü batalyonunun formalaşdırılması planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə kampaniyanın qərargahı məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində yaşayan hər bir şəxs kampaniyaya qoşularaq İranın müdafiəsi üçün könüllü kimi qeydiyyatdan keçə bilər. Müraciətlərin sayının yüksək olması səbəbindən min batalyonun yaradılması barədə qərar qəbul edilib.
Qeydiyyatdan keçən şəxslər sentyabrın 15-dən etibarən hərbi hazırlıq və ilkin tibbi yardım üzrə təlimlərə cəlb olunacaqlar.
Kampaniyanın rəsmi saytında yayılan məlumatlara əsasən, indiyədək 31,5 milyondan çox müraciət qeydə alınıb.