abdullahian

İranın xarici işlər naziri Azərbaycana gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazir Hüseyn Əmir-Abdullahian tviterdə paylaşım edib.

 

“Mən Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdim. Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir.

Həmçinin bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.

***

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Abdullahian Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

İranlı nazirin səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmilərlə görüşü planlaşdırılır.

Paylaş: