iran xin 2

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın ölkəsindən silah almaq istədiyinə dair yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, İran XİN rəhbəri İrəvanda ona bu barədə ünvanlanan suala cavab olaraq deyib ki, İranın bəzi ölkələrlə, o cümlədən də qonşu ölkələrlə müdafiə sahəsində əməkdaşlığı mövcuddur.

Abdullahiyan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsində də toxunub. Nazir, Azərbaycanla Ermənistan arasındakı məsələnin siyasi və dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb.

Paylaş: