Ermənistanda hökumətin baş naziri postuna Nikol Paşinyanın namizədliyi irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, Konstitusiyaya əsasən, yeni hökumətin başçısını Ermənistan Prezidenti Vaaqn Xaçaturyan təyin etməlidir.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan parlamentin ilk iclasının keçirildiyi bu gün Konstitusiyanın tələbinə uyğun olaraq hökumətin istefa verdiyini elan edib.