İran və Ermənistan razılığa gəldi

Ermənistan və İran müntəzəm məsləhətləşmələr aparmaq barədə razılığa gəlib.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

Ermənistan və İran XİN-ləri arasında müxtəlif sahələrdə və səviyyələrdə mütəmadi məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb

Qeyd edək ki, Tehranda Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri Vahan Kostanyan və Əli Baqeri Kani arasında siyasi məsləhətləşmələr keçirilib. Ermənistan nümayəndə heyətini İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da qəbul edib.

Tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Həmçinin Cənubi Qafqazda sabitliyə nail olmaq, regional əlaqələri və əməkdaşlığı gücləndirmək üçün İrəvanla Bakı arasındakı məsələlərin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

Eyni zamanda beynəlxalq səviyyədə tanınmış sərhədlərin bölünməzliyi prinsiplərinə hörmət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Əliyar Xəlil
Globalinfo.az