Vurulan dronun qalıqları Simonyanın evinin yanına düşdü

Səhər saatlarında Moskvanın İstra rayonu istiqamətində zərərsizləşdirilən pilotsuz uçuş aparatının qalıqları “RT” telekanalının baş redaktoru Marqarita Simonyanın evinin yanına düşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni əsilli jurnalist özü məlumat yayıb.

“İstra bölgəsində vurulan pilotsuz təyyarə evimizin yanındakı küçəyə düşüb. Hava hücumundan müdafiəmiz sayəsində itki və dağıntı yoxdur”, – o bildirib.

Xatırladaq ki, avqustun 21-i səhər saatlarında Moskvaya yeni dron hücumu olub.

Qeyd edək ki, Marqarita Simonyan “rus və erməni təbliğat maşını” olaraq tanınır. O, Azərbaycan və Ukrayna əleyhinə təbliğat aparan, Kremlin əlaltı jurnalisti olaraq bilinir.

Ayşən Mustafa
Globalinfo.az