ABŞ və İran yaxın günlərdə danışıqlara başlaya bilərlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Nəşr yazır ki, İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi köməkçisi Stiv Uitkoff arasında görüşün keçirilməsi ehtimal edilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranın Vaşinqtonla əlaqəyə keçdiyini və danışıqlara hazır olduğunu açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az