Sayyad 4 missile 1 copy

İran yaxın vaxtlarda bir sıra uzaqmənzilli müdafiə sistemlərini təqdim edəcək.

Globalinfo.az xəbər verir ki, bunu İran ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı, briqada generalı Əlirza Səbahi Fard deyib.

O bildirib ki, ordunun hava hücumundan müdafiə qüvvələri güclü və təsirli yerli silahlarla təchiz ediləcək.

“Təhlükələrə uyğun olaraq müdafiə imkanları modernləşdirilir və optimallaşdırılır. Eyni zamanda ixtisaslaşmış insan resursları da hazırlanır”, – deyə Əlirza Səbahi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az  

Paylaş: