“Hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Türkiyənin Adana əyalətində raketi zərərsizləşdirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, gecə Adanada raket həyəcan siqnalları çalınıb:
“Bu müddət ərzində çox güman ki, İrandan atılan raket məhv edilib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur”.
Qəzet qeyd edib ki, Adanada ABŞ-ın hərbi bazası var.
Bundan əvvəl Türkiyənin cənub-qərb hissəsində raketlər iki dəfə zərərsizləşdirilib.
*** 09:40
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, İran tərəfindən Türkiyə istiqamətində 4 və 9 martda 2 dəfə raket atılıb.
Hər iki raket havada məhv edilib.
Əliyar Xəlil
Globalinfo.az