ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar yalnız nüvə və strateji obyektləri hədəf almaqla qalmır, həm də ölkə daxilindəki etnik və regional gərginliyi aktuallaşdırır. Xüsusilə İranın şimal-qərb və şimal bölgələrində yaşayan kürd icmaları ABŞ və İsrailin təzyiqləri fonunda daha aktiv hərəkət etməyə meylli görünürlər.
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov bildirib ki, əgər ABŞ–İsrail əməliyyatları İrana qarşı effektiv olsa, proqnozlaşdırılan ssenari üzrə İran daxilində silahlı üsyan fazası hərəkətə keçə bilər:
“İranda son aylarda yaradılan iki koalisiya bu ssenari üzrə potensial hazırlıqlı təşkilatlar kimi nəzərdən keçirilib. Bəlucların koalisiyasından sonra, İran daxilində rejim əleyhdarı kürd təşkilatları koalisiyası, kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə idarəçiliyi həyata keçirmək məqsədilə vizyonunu açıqlayıb.
Aqşin Kərimov
İran Kürdüstanında ‘Siyasi Qüvvələr Koalisiyası’ adlanan bu təşkilat, əvvəllər yaradılmış bəlucların koalisiyasının İranda rejim dəyişikliyi üçün ABŞ və İsrailin prioritet vizyonunu əks etdirir.
Sızdırılmış insayder məlumatlara əsasən, Ali Rəhbər Əli Xameneinin ətrafında formalaşmış ən gizli, qapalı təhlükəsizlik, hərbi və ideoloji şəbəkə üzərində sirr pərdəsinin götürülməsinə cəhdlər olduğu görünür. Lakin İslam Respublikasının cavab reaksiyası bu prosesi təxirə sala bilər”.
Turan Rzayev
Globalinfo.az