İraqın xarici işlər naziri gələn ay ABŞ qoşunlarının ölkəsində çıxarılması ilə bağlı danışmaq üçün Vaşinqtona gedəcək.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Nəşr yazır ki, XİN başçısının səfəri zamanı ABŞ-ın Dövlət katibi ilə mətbuat konfransı keçirəcək. Burada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın missiyasının başa çatdığını elan olunacaq.
Məlumata görə, beynəlxalq hərbi koalisiya qüvvələrinin İraqdan çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq. Qüvvələrin 2026-cı ilin sentyabrında isə İraq Kürdüstanının ərazisini tərk edəcəyi planlaşdırılır.
Ayşən Mustafa
Globalinfo.az
Globalinfo.az