Mərkəzi Afrika Respublikasının paytaxtı Banguidə yerləşən məktəbdə elektrik transformatorunun partlaması nəticəsində yaranan təşviş və çaxnaşma zamanı azı 29 tələbə həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Təhsil Nazirliyinin məlumatına görə, hadisə baş verən vaxt məktəbdə 6 digər təhsil müəssisəsi ilə birlikdə ümumilikdə 5 mindən çox tələbə yekun imtahanlarını verib.
Xəstəxana rəsmisinin agentliyə açıqlamasına görə, daha 260 nəfər müxtəlif dərəcəli xəsarətlərlə tibb müəssisəsinə müraciət edib.
Aysel Əliyeva
Globalinfo.az