İran İslam Respublikası Parlamentinin sədri Məhəmmədbaqir Qalibaf bu gün Livana rəsmi səfərə yola düşüb.
Globalinfo.az “Azad İran” “Telegram” kanalına istinadən bildirir ki, spiker Beyruta səfəri zamanı təyyarəni özü idarə edib.
Bildirilir ki, səfərin əsas məqsədi Livan rəsmiləri ilə görüşlər keçirmək və bu ölkədəki müqavimət hərəkatına İranın davamlı dəstəyini bir daha bəyan etməkdir.
Məhəmmədbaqir Qalibaf Livandan sonra Cenevrəyə yola düşəcək və orada keçiriləcək Parlamentlərarası İttifaqın Zirvə toplantısında iştirak edəcək.