“ABŞ İranla nüvə sazişi üzrə danışıqların növbəti mərhələsinin baş tutacağını düşünür”.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl iyunun 15-də Maskat şəhərində ABŞ və İran nümayəndələri arasında görüş planlaşdırılırdı. Lakin İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Ələddin Borucerdi İsrailin hücumlarından sonra bunun ləğv edildiyini açıqladı.
Xatırladaq ki, ABŞ və İran aprelin 12-dən bəri İranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb.
Əliyar Xəlil
Globalinfo.az