İran nümayəndə heyətinin Pakistana səfəri zamanı diqqətçəkən detal üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Military” portalı məlumat yayıb. Qeyd olunub ki, nümayəndə heyətini daşıyan təyyarə İslamabada çatarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr tərəfindən müşayiət olunub.
Təyyarə paytaxt yaxınlığındakı Nur Xan Hava Bazasına eniş edib.
Məlumata görə, bu cür müşayiət adətən yüksək səviyyəli rəsmi səfərlər zamanı təhlükəsizlik məqsədilə həyata keçirilir.
Gözlənilir ki, səfər çərçivəsində tərəflər regional təhlükəsizlik məsələlərini və diplomatik təşəbbüsləri müzakirə edəcəklər.
Tahir Turan
Globalinfo.az