İran müharibədə Ermənistanın qələbəsi üçün nələr edib – Tehranın daha bir təxribatının üstü açıldı

Sentyabrın 27-də Azərbaycan saytlarında İranla bağlı növbəti səs-küylü xəbər yayılıb. Xəbərdə bildirilir ki, 44 günlük müharibə zamanı rəsmi Tehran aşinyana bir neçə təklif göndərib. Bu təkliflər müharibənin mahiyyətini və nəticəsini dəyişə bilərmiş.

Globalinfo.az xəbər verir ki, bu haqda informasiyanı Ermənistandakı mənbələr politoloq Stepan Danielyana istinadla yayıb.

S. Danielyan mətbuat konfransında bildirib ki, Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə İranın hansı təklifləri dən imtina etdiyini bilsə, şoka düşəcək:
“Sual yaranır: niyə imtina edildi?”

Erməni ekspertin fikrincə, İrana qarşı yönəlmiş müharibədə Türkiyə, İsrail, İngiltərə də çıxış edir.

O, 2018-ci ildə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Ermənistana səfəri zamanı İranla sərhədin bağlanması təklifini xatırladıb:

“2018-ci ildə Ermənistana səfəri zamanı Bolton erməniləri stereotiplərdən qurtulmağa çağırıb, ABŞ-ın Ermənistan və ermənilərin Türkiyəyə münasibətində maraqlı olduğunu bildirib. Bolton indiki hakim rejimin Ermənistanda hakimiyyətə gəlməsini dəstəkləmək üçün ödəməli olduğu qiyməti deyib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi üçün şərt idi”.

Globalinfo.az xatırladır ki, 44 günlük müharibə zamanı İranın Ermənistanın xeyirinə fəaliyyəti haqda ötən il də məlumat yayılmışdı. 2021-ci ilin oktyabr ayında “Caliber” YouTube layihəsinin hazırladığı süjetlə müəyyənləşib ki, İran ordusu Vətən müharibəsi zamanı Azərbaycanın suverən ərazilərinə daxil olubmuş.

Belə ki, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub.

Məlumata görə, kiçikçaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri, əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib!

Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb.

Bu səbəbdən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib, hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndində qayıdıb və daha 20 km əlavə məsafə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib.

“Caliber”in hazırladığı həmin videonu təkrar təqdim edirik.