Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Hörmüz boğazının Rusiya üçün açıq olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vesti” məlumat yayıb.
Eyni zamanda, Uşakov Yaxın Şərqdəki vəziyyətin ağır olduğunu qeyd edib. O, ABŞ prezidenti Donald Trampın İrandakı əməliyyatın daha iki-üç həftə davam edəcəyi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib:
“O, iki-üç həftə dedi. Vəziyyət ağırdır”, – Kremlin sözçüsü bildirib.
Tahir Turan
Globalinfo.az