İran ABŞ Silahlı Qüvvələrinə məxsus daha bir C-130 hərbi nəqliyyat təyyarəsini vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fars news” məlumat yayıb.
“İlkin məlumata və hadisə yerində ekspertlər tərəfindən aparılmış əlavə yoxlamalara əsasən, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsinin və iki “Black Hawk” helikopterinin məhv edildiyi müəyyən edilib”, – bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl İsfahandan cənubda C-130 hərbi nəqliyyat təyyarəsinin vurulduğu bildirilib.
Tahir Turan
Globalinfo.az