İran onları ölkəmizə təhvil verməlidir – Deputat

İran tərəfi Azərbaycan ərazisində “Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir.

Globalinfo.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, islamın siyasiləşdirilməsi yönündə cəhdlərin də qarşısı qətiyyətlə alınmalıdır: “Bu düşüncədə olan insanlar məscidlərdən də uzaqlaşdırılmalıdır”.
Qeyd edək ki, “Hüseyniyun” Hərəkatının üzvləri Orxan Məmmədov və Tohid İbrahimbəylinin İranda saxlanılması barədə məlumatlar yayılıb.