“Ermənistan kommunikasiyaları açdıqdan sonra İran İrəvana heç bir siyasi dəstək verməyəcək. Tehran bunun onu regional müharibəyə cəlb edəcəyini bilir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri erməni ekspert Armen Petrosyan deyib.
“44 günlük müharibənin nəticələri İran üçün sərfəli deyil. Tehran Cənubi Qafqazda 30 il ərzində əlində olan təsir rıçaqlarını itirir. Kommunikasiyaların açılması Ermənistanı blokadadan çıxaracaq, amma İran anlayır ki, İrəvan hazırda oyuna öz qaydaları ilə daxil ola bilməz və buna görə də ona güzəştlər üçün təzyiqlər ediləcək”, – A.Petrosyan bildirib.
Ekspert qeyd edib ki, İran yolun (Zəngəzur dəhlizi – red.) açılmasını istəməsə də, buna axıra qədər mane ola bilməyəcək:
“Çünki dəhlizin açılmasını ən azı Rusiya, Azərbaycan və Türkiyə istəyir”.
Əliyar Xəlil
Globalinfo.az