Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdindən sonra yaranan suallardan biri də ölkə başçısının həmin zaman harada olması ilə bağlıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
Jurnalistlərin suallarını cavablandıran sözçü qeyd edib ki, bu, artıq müzakirə mövzusu deyil.
“Bu mövzu ictimaiyyət qarşısında müzakirə edilə bilməz”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dekabrın 28-dən 29-dək Ukrayna Silahlı Qüvvələrinə məxsus 91 ədəd hücum dronunun Vladimir Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına hücumunu dəf etdiyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az