Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itkin düşüb.
Globalinfo.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə feysbuk qruplarından birində ailənin istəyi ilə məlumat paylaşılıb.
Qeyd edilib ki, hadisə ilə bağlı 27 dekabrda polisə məlumat verilib:
“Mançester polisi vəziyyəti medium risk kimi dəyərləndirir. Ailəsi şəklini paylaşmağı xahiş etdi ki, bəlkə, tanıyan, dekabr ayında onu görən olar”.