İnfeksionistdən mühüm açıqlama: məcburi vaksinasiya olacaq?

Dünyada COVİD-in yeni ştamlarının sürətlə yayılması ölkədə ciddi narahatlığa səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir ayda dünya üzrə yoluxanların sayında 38% artım müşahidə olunub.

Maraqlıdır, sərt karantin rejimi tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan infeksionist Vüqar Cavadzadə deyib ki, koronavirusun yeni variantı – Eris mutasiyaya uğramış növdür:

“COVİD-19 virusunda ölüm halı çox idi, ciyərlərdə buzlu şüşə əmələ gəlirdi. Mutasiyaya uğradıqdan sonra yoluxanlar yüngül keçirdilər. Yəni bu o deməkdir ki, virus getdikcə zəifləyib. Yeni ştam da mutasiyaya uğramış növdür. Omikron nə qədər yüngül idisə, Eris ondan qat-qat yüngül keçəcək. Yeni yayılan xəstəlikdə əsas əlamətlər yüngül hərarət və boğaz ağrısıdır”.

Vüqar Cavadzadə

İnfeksionist qeyd edib ki, yayılan xəstəliyin bəşəriyyət üçün təhlükəsi yoxdur:

“Koronavirus artıq bəşəriyyət üçün bitib, pandemiya geri qayıtmayacaq. Buna görə də narahat olmağa dəyməz. Vaksinasiyaya ehtiyac olacağını düşünmürəm”.

Zaira Akifqızı
Globalinfo.az