%C9%99raqci

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə RİA Novosti agentliyinə məlumat verib.

Məlumata görə, tərəflər Yaxın Şərqdəki son vəziyyəti, həmçinin İran ilə ABŞ arasında davam edən danışıqlar prosesinin hazırkı mərhələsini müzakirə ediblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı yekun qərar vermək üçün müşavirləri ilə “Ağ Ev”də iclas keçirəcəyini açıqlayıb. Lakin təxminən iki saat davam edən müşavirədən sonra ABŞ mediası qərarın təxirə salındığını yazıb.

Tehrandan verilən açıqlamada isə bildirilib ki, Vaşinqtonla yekun razılıq əldə olunmayıb və tərəflər arasında mesaj mübadiləsi davam edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: