emeliyyat 9

Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Nəsirova Sədaqət Nəsir qızı keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, iyunun 10-da 1972-ci il təvəllüdlü S. Nəsirova uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya edilib.

“Xəstə obyektiv müşahidə olunduqdan sonra dərhal əməliyyat blokuna alınıb. Əməliyyat uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub.  11.07.2024-cü il tarixində xəstədə fiziki aktivlik müşahidə olunub, lakin növbəti dəfə yerindən durarkən vəziyyəti qəflətən pisləşib, tənəffüz çatışmamazlığı müşahidə olunub. Xəstəyə ağ ciyər arteriyalaranın troboemboliyası diaqnozu qoyulub.

Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda qeyd olunub.

***12:50

Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Sədaqət Nəsir qızı Nəsirova vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, müəllim keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Həmçinin, Sədaqət Nəsirova 20 gün öncə müəllimlərin sertifikasiya imtahanında iştirak edərək mümkün 60 baldan 54 bal toplayıb.

st6nIO5zX3Z6HofJVi5FAPbIYrt7lYYF4pJLRCbw:640

Paylaş: