İmtahana telefonu belə keçirmək istədi – FOTO

I qrup üzrə qəbul imtahanı zamanı abituriyentin ayaqqabısının altında mobil telefon aşkarlanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə DİM-in nəzarətçisi Elyar İslamoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən E.İslamoğlu bildirib ki, hadisə iyunun 4-ü baş verib. Həmin abituriyentin ayaqqabısının altında imtahan zalına keçirmək istədiyi telefon yoxlanış zamanı tapılıb.

Yayılan foto ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə müraciətimizə cavab olaraq bildirdi ki, təəssüf ki dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, belə hallar tez-tez təkrarlanır.

Qeyd edək ki, imtahan zamanı telefon aşkar edilməsi imtahan nəticəsinin ləğv edilməsinə səbəb olur.

imtahana-ayaqqabisinin-altinda-telefon-kecirmek-istedi