Beynəlxalq Muğam Mərkəzinin (BMM) quruluşçu rejissoru İlqar Əkbərov 53 yaşında vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.
Qeyd edək ki, İlqar Əkbərov 1994-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində musiqi tərtibatçısı kimi fəaliyyətə başlayıb, 2021-ci ildən isə Beynəlxalq Muğam Mərkəzində quruluşçu rejissor kimi çalışırdı.