İlham Əliyev Rəisiyə İrəvanın yanlışından danışdı: “Onlar böyük səhvə yol verdilər”

İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Daşkənddə görüşü zamanı deyib.

“Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər”, – Prezident bildirib.