İlham Əliyev fərman imzaladı

Azərbaycanda hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı yaradılacaq.

Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti iki ay müddətində “Hədəfli maliyyə sanksiyaları haqqında” qanununda nəzərdə tutulmuş hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatının yaradılmasını və fəaliyyətini təmin etməlidir.