Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonunda Pəhanəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar.
Globalinfo.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.